Flower

Zeynəb Xanlarova bəyanat verdi - SSRİ xalq artisti kimi +Foto

“Zeynəb Xanlarova bəyanat verdi -  SSRİ xalq artisti kimi +Foto
Oxunma sayı: 10571

SSRİ, Ermənistan SSR və Azərbaycanın Xalq artisti Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması haqqında bəyanat verib.

"Qafqazinfo" xəbər verir ki, Ermənistan-Azərbaycan Sülh Platformasından APA-ya verilən məlumata görə, bəyanatda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyinə, Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstək ifadə edilir:

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəraitində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, mən, Zeynəb Xanlarova bu təşəbbüsə dəstəyimi ifadə edir və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bildirirəm”.

Zeynəb Xanlarova bəyanat verdi -  SSRİ xalq artisti kimi +Foto

Yeni Facebook səhifəmizi bəyən


Bizi twitter-də izlə