Zərifə Əliyevanın xatirəsinə həsr edilən kitab Ukraynada

zerife-eliyevanin-xatiresine-hesr-edilen-kitab-ukraynada-
Oxunma sayı: 624

Ukraynanın paytaxtında “Antibiotik rezistentliyin yaranmasının qarşısının alınması və yayılmasının strategiyası və antimikrob preparatlardan rasional istifadə” mövzusunda beynəlxalq elmi seminar keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbir çərçivəsində oftalmoloq alim Zərifə Əliyevanın xatirəsinə həsr edilən “Ukraynada tibbi yardımın göstərilməsi ilə əlaqədar antimikrob rezistenliyi və infeksiyalar” kitabının təqdimatı keçirilib. Kitab Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun dəstəyi ilə 1000 nüsxə tirajla nəşr edilib.

Tədbirdə DST-nin, Ukrayna Səhiyyə Nazirliyinin, Ukrayna Tibb Elmləri Milli Akademiyasının, Ukrayna Dövlət Sanitar-Epidemioloji Xidmətinin nümayəndələri, habelə Azərbaycan, Belarus, Macarıstan, Gürcüstan, Danimarka, Hindistan, Polşa və Fransadan alimlər iştirak ediblər. Forum Ukraynanın Kiyev, Odessa, Xarkov, Dnepropetrovsk, Lvov, Belarusun Minsk, Gürcüstanın Tbilisi, Hindistanın Yeni-Dehli şəhərləri ilə telekörpü formatında keçirilib.