Yüksək təzyiqin düşməni - - Süd

yuksek-tezyiqin-dusmeni-
Oxunma sayı: 1415


“Qafqazinfo”nun məlumatıan görə, mütəxəssislər yüksək təzyiq riskinə ən təbii vasitənin süd olduğunu qeyd edir. Aparılan araşdırmalarda uşaqlıqdan etibarən nizamlı şəkildə süd içən insanlarda yüksək təzyiq ehtimalının daha aşağı olduğu müşahidə edilib. Hipertoniya (yüksək qan təzyiqi) xəstələri az yağlı ya da yağsız süd istehlak etməklə qan təzyiqini nəzarət altında saxlaya bilərlər. Elmi araşdırmalar kalsium, maqnezium və fosforun az istehlakının fərdi və ya ictimai olaraq hipertoniya ilə nəticələndiyini göstərir. Südün tərkibindəki yüksək miqdarda kalsium və kalium qan və hiper təzyiqin tənzimlənməsində əhəmiyyətli roy oynayır. Kalsium dedikdə ilk ağıla gələn qida elementi süddür. Optimal qan təzyiqinin təmin edilməsi üçün gündə 3-4 boşqab süd və süd məhsullarının istehlakı vacibdir. 

Zümrüd

“Qafqazinfo”