“Yujnıy Kavkaz” jurnalının təqdimatı keçiriləcək

yujniy-kavkaz-jurnalinin-teqdimati-kecirilecek
Oxunma sayı: 630

“Qafqazinfo”nun məlumat görə, Azərbaycan, Ermənistan, Gürcüstan, Abxaziya və Osetiya yazarlarının əsərlərindən ibarət toplu rus dilindədir.

Birinci sayda Elçin Hüseynbəylinin, Elxan Zalın, Səlim Babullaoğlunun, Məqsəd Nurun, Rafiq Tağının əsərləri yer alıb. İkinci saya Qulu Ağsəsin şeirləri, Günel Anarqızı və Vahid Məmmədlinin hekayələri, Rəhman Bədəlovun Bakı haqqında essesi, Şirməmməd Nəzərlinin “Bakı lövhələri” silsilə fotosu daxildir.

Tədbirdə ədəbiyyat, mətbuat və QHT nümayəndələri, beynəlxalq təşkilatın təmsilçiləri, xarici qonaqlar iştirak edəcək. Layihə koordinatorlarından Julyet Skofild və Marina Naqay (İngiltərə), eləcə də gürcü yazıçıları Dato Turaşvili, Quram Odişariya və Beso Xvedelidze qonaqlar arasındadır.

Avropa Birliyinin “Güney Qafqazda dialoq və psixoloci sədlərin keçilməsi” layihəsi çərçivəsində reallaşdırılan almanaxı İngiltərəninin “İnternəşnəl alyort” qeyri-hökümət təşkilatı, Britaniya hökumətinin maliyyə dəstəyilə gerçəkləşdirir.

Deyd edək ki, almanaxla yanaşı, region yazarlarının internet portalı da fəaliyyət göstərir. 2003-cü ildə Güney Qafqaz yazarlarının savaş hekayələrindən ibarət “Yaşamaq zamanı” toplusu nəşr olunub.Almanaxın beynəlxalq perezentasiyasının iyunun 10-15-də Londonda keçirilməsi planlaşdırılır.