Yerli məşhurlar TV rəhbərinin sərgisində - Fotolar

yerli-meshurlar-tv-rehberinin-sergisinde
Oxunma sayı: 2885

Ötən gün Rəssamlar İttifaqının sərgi salonunda Azərbaycan Rəssamlar İttifaqının üzvü və tarixçi Rüstəm Məmmədovun rəngkarlıq və qrafika işlərindən ibarət ilk fərdi sərgisi keçirilib.

Qafqazinfo” xəbər verir ki, sərginin ekspozisiyasına daxil edilmiş 50-ə yaxın əsər müxtəlif mövzulara həsr olunub.

Sərgidə teleaparıcılar, kino və şou dünyasının nümayəndələri, söz yazarları və rəssamlar 

Təqdimatda R. Məmmədovun süjetli tabloları (“Ömrün qürub çağı”, “Səssizliyin harayı”, “Kamanın Habil zirvəsi”, “Yüksəliş”, “Füzuli ömrü”, “Səmazən”, “Zəriflik” və s.), İmaddəddin Nəsimi, Məhəmməd Füzuli, Əmir Teymur, Aşıq Veysəl, Həsən bəy Zərdabi və Fəxrəddin Paşa kimi görkəmli şəxsiyyətləri əks etdirən portretləri də göstərilib.

Qeyd edək ki, Rüstəm Məmmədov eyni zamanda Xəzər TV MMC – nin Proqramlar Departamentinin rəhbəridir.