Yazarlar yeni birlik yaratdılar

yazarlar-yeni-birlik-yaratdilar
Oxunma sayı: 778

Azərbaycanda bir qrup yazar bir araya gələrək “Qələm” Yazarlar Birliyi təsis edib.

Qafqazinfo” xəbər verir ki, qurumun təsisçiləri bununla bağlı təqdimat mərasimi keçiriblər. Təsisçilərdən biri olan Qurban Cəbrayıl bildirib ki, “Qələm” Yazarlar Birliyi Azərbaycan yazıçılarının, jurnalistlərinin, şairlərinin, filosoflarının, araşdırmaçılarının, tərcüməçilərinin, ümumiyyətlə söz-fikir adamlarının, daha çox da İslami, mənəvi-əxlaqi mövzularda yazıb-yaradan qələm sahiblərinin arzularının ifadəçisinə çevrilməyə çalışacaq: “Qurumun ayda bir dəfədən az olmayaraq keçiriləcək toplantılarında yeni işıq üzü görən kitabların təqdimatı, maraq doğuran əsərlərin müzakirəsi, əlamətdar tarixi hadisələr və yubileylərin keçirilməsi, yazarların hüquq və azadlıqlarının müdafiəsi, vətənimizə, dinimizə, mənəvi-əxlaqi dəyərlərimizə yönələn təhqir, böhtan, hədə dolu yazıların cavablandırılması, yanlış, həqiqətdən uzaq informasiyaların təkzibi və sair kimi məsələlər nəzərdə tutulmuşdur”.

Q. Cəbrayıl deyib ki, təşkilatı məsələlərin həlli ilə bağlı rəsmi qeydiyyata alınmaq üçün Ədliyyə Nazirliyinə müraciət olunacaq.