“Yarımçıq əlyazma” yenidən çap olundu

yarimciq-elyazma-yeniden-cap-olundu
Oxunma sayı: 717

“Qafqazinfo”nun məlumatına görə, roman «L. Harmattan» nəşriyyatında təkrar çap edilib. Romanın ikinci nəşrinin dizaynında müəyyən dəyişiliklər edilmiş və Amerika nəşrində olduğu kimi «Müəllimlərimə və tələbələrimə» ithaf sözləri əlavə olunub.

Litvada isə yazıçının «Səhvlərimizin qrammatikası» silsiləsindən olan «Korneliusun ölümü» hekayəsi çap olunub. Litva yazıçılarının «Literatura Menas» jurnalı da yazıçının yaradıcılığına geniş yer ayrılıb. Litvada nəşr olunmuş «Sehrbazlar dərəsi» romanı haqqında ədəbiyyatşünas Tomas Taşkauskasın böyük bir məqaləsi yer alıb.