XX əsrin ən məşhur cütlüyünün fotoları - Sərgidə

xx-esrin-en-meshur-cutluyunun-fotolari
Oxunma sayı: 2311

XX əsrin ən məşhur cütlüklərindən biri – ingilis müğənni Con Lennonla yapon rəssam Yoko Ononun son şəkilləri Rusiyaya gətirilir.

Qafqazinfo”nun “Life.ru”ya istinadən verdiyi məlumata görə, fotosərgidə Allan Tannenbaumun 40 şəkli, eləcə də əfsanəvi cütlüyün Lennonun ölümündən 1 ay öncə (1980-ci il 8 dekabr) çəkilmiş şəkilləri nümayiş olunacaq.

Sərgi dekabrın 3-də Sankt-Peterburqda “KGallery” qalereyasında açılacaq.

Allan Tannenbaum ABŞ-ın məşhur fotojurnalistlərindən, salnaməçilərindən biridir. O, Con Lennonla Yoko Ononu 1975-ci ildən 1981-ci ilə qədər görüntüləyib. Allan musiqiçinin şəxsi fotoqrafı kimi onun 1980-ci il noyabrın 26-da Mərkəzi parkda “Starting over” klipinin çəkilişlərindən şəkillər çəkib. Lennon belə ki, 13 gün sonra həmin parkda qətlə yetirilib.

Tannenbaum Lennonun son günlərini, musiqiçinin qatili Mark Çepmenin həbs olunduğu anı görüntüləyib.
Həmin faciədən sonra o, Yoko Ononun həmin parkda tək halda gəzərkən də şəkillərini çəkib.

Allan Tannenbaum sərginin açılışına gəlməyi və tamaşaçılarla görüş keçirməyi planlaşdırır.