Xocalı faciəsi ilə bağlı tədbir - Fotolar

xocali-faciesi-ile-bagli-tedbir
Oxunma sayı: 1527

Nizami Kino Mərkəzi Xocalı faciəsinin 25-ci ildönümü ilə bağlı Azərbaycanın Milli Qəhrəmanı Vəzir Sədiyev haqqında çəkilmiş “Dəmir mayor” sənədli filmin nümayişini keçirib.

"Qafqazinfo" xəbər verir ki, nümayişindən əvvəl, tədbirdə iştirak edən filmin rejissoru Zamin Məmmədov, ssenari müəllifi Vüqar Əsgərov sənədli lentin ərsəyə gəlməsindən danışıblar. Milli Qəhrəmanın ailə üzvləri Vəzir Sədiyev haqqında xatirələrini tamaşaçılarla bölüşüblər, onun necə vətənpərvər və professional hərbiçi olduğu haqda söz açıblar.

Çıxış edənlər, həmçinin, bu mövzuda olan filmlərin gənc nəslə örnək olduğunu və onların vətənpərvərlik ruhunda yetişmələrində böyük rol oynadığını vurğulayıblar.

Sonda Xocalı faciəsində həlak olan soydaşlarımız bir dəqiqəlik sükutla yad edilib.

Qeyd edək ki, tədbirdə Bakı Şəhər Mədəinyyət və Turizm Baş İdarəsinin nəzdində olan Mədəni Tədbirlərin təşkili və Yaradıcı gənclərlə iş üzrə Mərkəzin əməkdaşları iştirak edib.