“Xəz dəri alır ki, hansısa toyda nazlansın…” - Deputatın bəstəkar qızı

xez-deri-alir-ki-hansisa-toyda-nazlansin
Oxunma sayı: 2379

Millət vəkili Ziyad Səmədzadənin bəstəkar qızı Aygün Səmədzadə Türkiyəyə gedib.

Qafqazinfo” xəbər verir ki, istirahətə yollanan Səmədzadə sosial şəbəkədə fotolar paylaşıb.

Bəstəkar bildirib ki, onun nəvəsiylə getdiyi ilk istirahətidir:

“Yəqin ki, bu balaca qız böyüyəndə ənənəyə sadiq qalar və dünyanı gəzər. Təki buna həm maddi, həm də mənəvi imkanları yetsin. Bizim imkanlı xanımların əksəriyyəti isə bahalı zinət əşyası və xəz dəri alır ki, hansısa toyda nazlana bilsinlər. Dünya malı dünyada qalır. Hər şeyə imkanı olduğu halda bunu etməyənlərə təəccüblənirəm”.

Xatırladaq ki, bəstəkar ötən ilin sentyabr ayında nənə olub. Aygün Səmədzadənin iki qızı var.