“Xəmsə”nin finalı Gəncədə keçiriləcək

xemsenin-finali-gencede-kecirilecek
Oxunma sayı: 713

Avropa Gənclər Paytaxtı seçilən Gəncə şəhərində 29 aprel saat 10:00-da Ramada Plaza Gəncə otelində “Xəmsə” milli intellektual oyunu üzrə VIII Azərbaycan çempionatının final mərhələsinin açılış mərasimi keçiriləcək.

Qafqazinfo” xəbər verir ki, Gənclər və İdman Nazirliyi və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən çempionatın rayon (şəhər) və zona seçim turları artıq başa çatıb. Zona seçim turlarında qalib gəlmiş komandalar final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Layihənin keçirilməsində məqsəd gənclərin intellektual səviyyəsini, dünyagörüşünü, zehni inkişafını stimullaşdıran, onlar arasında elmin nüfuzunu artıran, eləcə də asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdir. 2007-ci ildən başlayaraq keçirilən layihənin televiziya formatı da gənclər tərəfindən sevilərək izlənilir.

160 nəfər gəncin birincilik uğrunda yarışacağı finalda Bakı, Naxçıvan, Gəncə, Sumqayıt şəhəri ilə yanaşı ümumilikdə 21 şəhər və rayonu təmsil edən 32 komanda iştirak edəcək.

Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.