“Xalqın gözündən düşdünsə...” - Baloğlan Əşrəfov

xalqin-gozunden-dusdunse
Oxunma sayı: 2975

"Xalqın gözündən heç nə yayınmır. Nə gəldi, danışmaq olmaz. Xalqın gözündən düşən kimi sənətə əlvida deməlisən".

“Qafqazinfo”nun axşam.az-a istinadən məlumatına görə, bu sözləri əməkdar artist Baloğlan Əşrəfov "Star life" verilişinə açıqlamasında deyib. O, hər zaman özünü sadə apardığını bildirib:

"Allah insana ağıl da, dil də verib. Xalq sənətkarları sevir. Amma ağzına nə gəldi, danışa bilməzsən. Sən xalqdan dolanırsan. Dövlət də xalqın sevgisinə görə sənə fəxri ad verib.

Mən bəzi müğənnilər kimi qapalı şəraitdə olmuram. Hər zaman insanların yanındayam. Məni nərd oynayan, küçədə kiminləsə zarafatlaşan yerdə də yaxalaya bilərlər. 40 ildir hörmət qazanmışam, bir anda itirə bilərəm. Xalqın sayəsində yaşayıram, maddi təlabatımı ödəyirəm, ailəmi saxlayıram. Heç vaxt yalan sevgi istəməmişəm. Allah nəyi mənə qismət edibsə, o, olsun".