Xalq şairi II Fəxri Xiyabanda dəfn olunacaq

xalq-sairi-ii-fexri-xiyabanda-defn-olunacaq
Oxunma sayı: 1262

Xalq şairi Söhrab Tahir II Fəxri Xiyabanda dəfn olunacaq.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA-ya məlumatı Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza verib.

Onun sözlərinə görə, S. Tahirlə vida mərasimi mayın 5-də saat 12:00-da Təzə Pir Məscidində keçiriləcək.

Qeyd edək ki, S.Tahir bu gün dünyasını dəyişib. Uzun müddətdir müxtəlif xəstəliklərdən əziyyət çəkən şairin hər iki ayağı amputasiya olunmuşdu.