Xalq artisti Masallıda dəfn olunacaq

xalq-artisti-masallida-defn-olunacaq
Oxunma sayı: 2040

 "Qafqazinfo" xəbər verir ki, Akademik Milli Dram Teatrının mətbuat katibi Elçin Cəfərovun APA-ya verdiyi məlumata görə, İ. Əsgərov ailəsinin istəyi ilə Masallıda torpağa tapşırılacaq. Xalq artisti ilə vida mərasimi bu gün yaşadığı evdə - Mirəli Seyidov, 14 ünvanında olacaq.

Qeyd edək ki, 1958-ci il təvəllüdlü İ. Əsgərov sentyabrın 6-da öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat edib.

“Qafqazinfo”