Xalq artisti dəfn olundu - Fotolar+Video

xalq-artisti-defn-olundu
Oxunma sayı: 13447

Xalq artisti, görkəmli muğam ustası Ağaxan Abdullayev dəfn olunur.

"Qafqazinfo" xəbər verir ki, xalq artisti vəsiyyətinə uyğun olaraq valideynlərinin yanında, Türkan qəbiristanlığında torpağa tapşırılacaq. 

Qeyd edək ki, A. Abdullayev dünən uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. O, xərçəng xəstəliyindən əziyyət çəkirdi. Bu gün Suraxanı rayonu Səttar Bəhlulzadə adına Mədəniyyət Sarayında keçirilən sənətkarla vida mərasimində ölkənin birinci xanımı Mehriban Əliyeva da iştirak etmişdi. 

Elvin Elxan

Fotolar: Nuran