Vasif Talıbov iki gəncin adını “Qızıl kitab”a saldı

vasif-talibov-iki-gencin-adini-qizil-kitaba-saldi
Oxunma sayı: 4447

Naxçıvan Ali Məclisinin Sədri Vasif Talıbov yanvarın 14-də gənc istedadların xüsusi təqaüdə layiq görülməsi haqqında Sərəncam imzalayıb.

"Qafqazinfo" Naxcivantv.az-a istinadən xəbər verir ki, sərəncamda qeyd olunur:

”Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram: Xüsusi istedadı olan aşağıdakı şəxslərin adları Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılsın və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülsünlər:

Əliyev Sərxan Rüfət oğlu – Naxçıvan Musiqi Kollecinin tələbəsi, balaban üzrə,

Qasımov Pərviz Hüseyn oğlu – Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin şagirdi, şahmat üzrə"