“Vaqif” operası yeni quruluşda ... - Fotolar + Video

vaqif-operasi-yeni-qurulusda-
Oxunma sayı: 2828

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bəstəkar Ramiz Mustafayevin Səməd Vurğunun eyniadlı dramı əsasında yazdığı "Vaqif" operasının nümayişi olacaq.

"Qafqazinfo" xəbər verir ki, tamaşada Vaqif obrazını ilk dəfə olaraq Akademik Opera və Balet Teatrının solisti, respublikanın əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Ramil Qasımov ifa edəcək.

Ramil Qasımovun mətbuat katibinin verdiyi məlumata görə, yeni quruluşda hazırlanmış “Vaqif” operası görkəmli bəstəkar Ramiz Mustafayevin 90 illik yubileyi ərəfəsində oynanılacaq. Nümayişi noyabrın 26-da baş tutacaq tamaşanın quruluşçu rejissoru Hafiz Quliyev, quruluşçu dirijoru Cavanşir Cəfərovdur. Tamaşada baş rollarda Ramil Qasımov, İlahə Əfəndiyeva, Fərid Əliyev, Cahangir Qurbanov, Taleh Yəhyayev, Tural Ağasiyev çıxış edəcəklər.

Xatırladaq ki,  “Vaqif” operasından Ramil Qasımovun ifasında Vaqifin ariyasının klipi də hazırlanıb.