Uşaqlar üçün Cizgi Filmləri və Kitab Festivalı

usaqlar-ucun-cizgi-filmleri-ve-kitab-festivali-
Oxunma sayı: 698

“Gəncliyin Şöləsi” Gənclərin İnkişafı İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin maliyyə dəstəyi və “ABŞ-da Təhsil Almış Məzunlar” ictimai birliyinin və “Level Up School of Professional Studies and Business” Təhsil Şirkətinin təşkilati dəstəyi ilə 26 - 27 iyun 2016-cı il tarixlərdə Uşaqlar üçün cizgi Filmləri və Kitab Festivalı təşkil edilib.

"Qafqazinfo" xəbər verir ki,  festivalın təşkil olunmasına “Bakcell”, və “Hesab.az” şirkətləri yaxından dəstək göstərmiş və festivalın həyata keçirilməsi üçün müxtəlif fəaliyyətlərin təşkil olunmasına sponsorluq edib.

Layihənin məqsədi - Uşaqlar və onların valideynləri arasında milli cizgi qəhrəmanlarını və oxu mədəniyyətini təbliğ etməklə onların intellektual, sosial və mədəni inkişafına dəstək olmaq, eyni zamanda, bu layihə vasitəsi ilə uşaqlar və valideynlər arasında korporativ sosial məsuliyyət daşıyan biznes qurumları haqqında məlumatlılıq səviyyəsini artırmaqdır.

Festivalda 6-16 yaş həddində olan 100-dən artıq Azərbaycanlı uşaqlar və onların valideynləri iştirak edib.

Festival 2016-cı il iyun ayının 26-da “ABŞ-da Təhsil Almış Məzunlar” İctimai Birliyinin Caspian Biznes Mərkəzində (ünvan: Cəfər Cabbarlı küçəsi, 40, 2-ci mərtəbə) yerləşən konfrans zalında təşkil olunub.

Festivalın rəsmi açılışına Azərbaycanın tanınmış xadimləri, KİV nümayəndələri, biznes qurumlarının təmsilçiləri və mədəniyyət xadimləri dəvət olunub. Bununla yanaşı, Festivalda fəal iştirakı ilə fərqlənən 10 nəfər uşaq seçilərək diplomlar və xüsusi hədiyyələr ilə təltif olunub. Festivalda iştirak edən digər uşaqlara sertifikatlar təqdim edilib.