“Ürəyimin 3 damarını dəyişdilər…” - Əməkdar artist

ureyimin-3-damarini-deyisdiler
Oxunma sayı: 2767

Azərbaycanın əməkdar artisti, Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Atabala Səfərov son bir ildə səhnəyə az-az çıxdığının səbəbini açıqlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Atabala Səfərov report-a bildirib ki, ötən il ürəyindən əməliyyat olunub:

"Ürəyimin 3 damarını dəyişdilər. Həmin vaxtda özümə diqqət edirəm. Bu səbəblə sənətdən bir qədər aralı deşmüşəm. Gənc Tamaşaçılar Teatrında çalışıram. Şükür Allaha, səhnəyə çıxa bilirəm. Rollarım var. Amma əvvəlki kimi, fəal səhnə həyatıma davam edə bilmirəm. Mənə səhnədə çevik hərəkətlər etmək olmaz. Teatrda bir-iki tamaşada rollarım var.

Son illər filmlərə, televiziya tamaşalarına çəkilmirəm. Məni tanıyıb, sevən tamaşaçılar televiziyada ifa etdiyim maraqlı tamaşalara görə, qəbul ediblər. Bu gün də, tanınıram, sevilirəm. Sənətkar üçün bundan qiymətli heç nə yoxdur. Gənc Tamaşaçılar Teatrının səhnəsində Elçinin "Buzovna kəndinin əhvalatları" tamaşasında rolum var. Yaxşı tamaşadır. Ayda bir-iki dəfə oynayırıq. Məni görmək istəyən tamaşaçılar həmin tamaşaya gələ bilərlər."