Universitetdən şəhidimizə böyük ehtiram - Video

universitetden-sehidimize-boyuk-ehtiram
Oxunma sayı: 2600

Dekabrın 29-da Ermənistan-Azərbaycan dövlət sərhədini pozan Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat əməlinin qarşısı alınan zaman qəhrəmancasına şəhid olmuş Çingiz Qurbanovun xatirəsinə Azərbaycan Texniki Universitetində (AzTU) anma guşəsi yaradılıb.

Universitetdən “Qafqazinfo”ya daxil olan məlumata görə, AzTU-da şəhidin ailə üzvləri ilə keçirilən görüşdə universitetin rektoru vəzifəsini icra edən Xalıq Yahudov vurğulayıb ki, Ç.Qurbanovun məzun olduğu bu ali təhsil ocağının tələbə və müəllimləri onu heç vaxt unutmayacaqlar.

Görüşdə şəhidin atası Salman Qurbanov oğlunun nəşinin geri qaytarılması ilə bağlı görülən işlər barədə Müdafiə Nazirliyindən, Qızıl Aypara Cəmiyyətindən, həmçinin digər aidiyyəti dövlət qurumlarından və ictimai təşkilatlardan ona mütəmadi məlumat verildiyini bildirib.