“Ümid edirəm ki, o gecə arvadınız hamilə deyildi...” - Məşhur aktyor Xocalıdan yazdı

umid-edirem-ki-o-gece-arvadiniz-hamile-deyildi
Oxunma sayı: 9868

Türkiyəli aktyor Nejat İşler Xocalı qətliamından yazıb.

Qafqazinfo” xəbər verir ki, aktyor ermənilərin Azərbaycanın dinc sakinlərinə qarşı törətdikləri soyqırımla bağlı düşüncələrini sosial şəbəkədə paylaşıb.

“Hər kəs yatır. Bir azdan işıqlar kəsiləcək və dünyayla əlaqəniz qalmayacaq. Məhəllənizin ətrafını tanklar və əsgərlər mühasirəyə aldıqdan sonra qapılarınız təpiklə qırılacaq. Əgər sizin qapılarınız qırılmadısa, o zaman silah səsləri eşidəcəksiniz. Həyat yoldaşınızın və uşağınızın qorxudolu baxışları sizin üzərinizdəykən cəsarətinizi toplayıb onları qorumağa çalışacaqsınız, lakin o əsnada sizin də qapınız qırılacaq. Sizi güllələyib ruhunuzu təslim etmənizi belə gözləmədən arvadınıza silahın lüləyi ilə vuracaqlar, əgər müqavimət göstərsə onu təpikləyəcəklər. Siz ruhunuzu təslim edənə qədər uşağınızı bıçaqla doğramağa başlayacaqlar.

Ümid edirəm ki, o gecə arvadınız hamilə deyildi. Çünki həyat yoldaşı hamilə olanlar da əlbəttə ki, var idi. Hamilə qadınların qarınlarını bıçaqla deşib körpəni çıxaracaq, onu evinizin taxta dirəklərinə mismarlayacaqlar. Evdə azyaşlı varsa, onun gözləri qarşısında anasının döşünü kəsib uşağınızın ağzına soxacaqlar. Sonra o uşağı da öldürəcəklər.

Tükləriniz ürpəşdi, elə deyilmi?

1992-ci ilin 26 fevral gecəsi Xocalıda bunlar baş verirdi.

Mən yaza bilmədim ki...Təcavüzləri, işgəncələri yazmağa ürəyim dözmədi”.