Ukrayna - Azərbaycan mədəniyyət mərkəzi açılıb - Video

ukrayna-azerbaycan-medeniyyet-merkezi-acilib
Oxunma sayı: 1142

Respublika günü ilə əlaqədar Jitomir Milli Aqroekoloji Universitetində Ukrayna – Azərbaycan mədəniyyət mərkəzi açılıb.

Qafqazinfo” AzNews.az-a istinadən xəbər verir ki, tədbirdə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun və Ukraynadakı Azərbaycan səfirliyinin nümayəndələri, eləcə də Jitomir Milli Aqroekoloji Universitetin rəhbərliyi, müəllim və tələbə heyəti iştirak edib.

Tədbirdə çıxış edən Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri Hikmət Cavadov mərkəzin açılışının əhəmiyyəəti, Azərbaycan-Ukrayna əlaqələri, eləcə də regiondakı münaqişə ocaqlarından danışıb və Nadejda Savçenkonun azadlığa çıxması münasibətilə Ukrayna xalqını təbrik edib: “Öncə belə bir mərkəzin açılmasında yardımlarına görə ukraynalı dostlarımıza təşəkkür etmək istəyirəm. Qeyd etmək istəyirəm ki, bu mərkəzin açılmasının əhəmiyyəti böyükdür.

Bildiyiniz kimi, 28 may bizim müstəqillik günümüzdür. Bu münasibətlər Jitomirdə yaşayan soydaşlarımızı təbrik edirəm. Eyni zamanda, hər kəsi dünənki hadisə münasibətilə təbrik edirəm – Bizim Savşenko azadlıqdadır və artıq Ukraynadadır. Bakıda da hər kəsin bu qələbəni qeyd etdiyini vurğulamaq istəyirəm. Bunu nəyə görə qələbə adlandırıram? Çünki bu, bizim üçün böyük simvoldur. Hər bir xalq üçün ən önəmli şey azadlıqdır. Bildiyiniz kimi, 20 ildən çoxdur ki, Azərbaycan işğal olunmuş ərazilərinin azadlığı uğrunda mübarizə aparır. Biz işğaldan əziyyət çəkən dövlətik. Buna görə də ukraynalıların dərdini biz daha aydın şəkiləd başa düşürük. Elə buna görə də Azərbaycan prezidenti cənab İlham Əliyev BMT Təhlükəsizlik Şurasında çıxış edərək Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən prezidentlərdən biridir. Ukraynada, eləcə də Azərbaycanda yaşayan bütün azərbaycanlılar Ukraynada baş verən hadisələrdən narahat olmaqla yanaşı, hər zaman işğal edilən torpaqlar uğrunda döyüşməyə hazır olduqlarını bildiriblər. Bu adi deyilən söz deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi zamanı Azərbaycanda da bir çox qəhrəman ukraynalılar döyüşüblər”.

Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Jitomir nümayəndəliyinin rəhbəri Rac Qasımov belə əlamətdar gündə tədbirdə iştirak etdiklərinə görə qonaqlara təşəkkürünü bildirib: “Bu, Ukrayna və Azərbaycan arasında körpüdür. Ümid edirik ki, bu dostluq münasibətləri gələcəkdə daha da möhkəmlənəcək. Universitetin rəhbəri Oleq Skidana təşəkkürümü bildirirəm ki, Azərbaycanın kiçik bir guşəsini yaratmaq üçün bu imkanı bizə verib. Nə qədər çox tələbələr, dostlar, yaxınlar Azərbaycanın mədəniyyət tarixini öyrənsələr, bu, xalqları bir o qədər yaxınlaşdıracaq”.

Qeyd edək ki, bundan sonra da Azərbaycan-Ukrayna universitetlərinin əməkdaşlığı, tələbə mübadiləsi, elmi tədbirlərin və konfransların keçirilməsi planlaşdırılır.