TÜRKSOY-un baş katibi Qəbələdə - Fotolar

turksoy-un-bas-katibi-qebelede
Oxunma sayı: 877

Bu gün Şəki şəhərinin “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunmasının rəsmi açılış mərasimində iştirak məqsədilə səfər çərçivəsində BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir və TÜRKSOY-un baş katibi Düsen Kaseinov Qəbələ rayonuna səfər edib.

"Qafqazinfo" xəbər verir ki, nümayəndə heyəti səfər zamanı Qəbələnin tarix və mədəniyyət abidələri və turizm imkanları ilə tanış olmuşlar.

Xatırladırıq ki, 2015-ci ilin noyabr ayında Türkmənistanın Marı şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının 33-cü toplantısının qərarına əsasən Şəki “Türk dünyasının mədəniyyət paytaxtı” elan olunması münasibətlə 28 aprel 2016-cı il tarixində Şəki şəhərində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TURKSOY) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə mədəniyyət paytaxtı layihəsinin rəsmi açılış mərasimi keçiriləcəkdir.