Türkiyəli futbolçu Gülənin şeirinə klip çəkdirib - Video

turkiyeli-futbolcu-gulenin-seirine-klip-cekdirib
Oxunma sayı: 2642

Keçmiş futbolçu Arif Erdemin Fətullah Gülənin “Mədinənin gülü” adlı şeirini oxuduğu və buna klip çəkdirdiyi məlum olub.

Qafqazinfo”nun Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, “Qalatasaray”ın keçmiş futbolçusu, məşqçi Arif Erdem hazırda axtarışdadır. Onun Yunanıstana qaçdığı bildirilir.

Xatırladaq ki, İstanbul Baş Prokurorluğu ölkədə FETÖ ilə bağlı aparılan istintaq tədbirləri çərçivəsində “Qalatasaray” klubunun keçmiş futbolçusu Hakan Şükürlə birlikdə daha 3 futbolçu - Arif Erdem (məşqçi), İsmail Demiriz (texniki direktor) və Uğur Tütüneker (texniki direktor) haqqında saxlanılma qərarı verib.