Türkiyə polisi məşhur qadın aparıcını axtarır

turkiye-polisi-meshur-qadin-aparicini-axtarir
Oxunma sayı: 4048

15 iyulda Türkiyədə çevrilişə cəhddə şübhəli şəxslərin həbs olunma prosesi davam edir.

Qafqazinfo”nun türk mətbuatına istinadən verdiyi məlumata görə, məşhur jurnalist Nazlı Ilıcak daxil olmaqla 42 mətbuat nümayəndəsi haqqında saxlanma qərarı verilib.

Siyasətlə məşğul olan N. Ilıcakın İstanbuldakı evində, eləcə də Bodrumda yaxtasında axtarışlar aparılsa da, o tapılmayıb.

Jurnalistin oğlu Mehmet Ilıcak da anasına səslənərək “Sənə bu hərəkət yaraşmır. Gəl və ifadəni ver. De ki, mən bunları dəstəkləməmişəm. Bu qaçışla heç nə əldə edə bilməzsən. Qaçdığına da inanmıram. Mənim tanıdığım Nazlı Ilıcak cəsurdur” deyib.