Turizm sektorunun təmsilçiləri təltif olundu - Fotolar

turizm-sektorunun-temsilcileri-teltif-olundu
Oxunma sayı: 944

Sentyabrın 27-də Azərbaycan Xalça Muzeyində turizm işçilərinin peşə bayramı münasibətilə sektor nümayəndələrinin təltifolunma mərasimi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, mərasimdə çıxış edən Əbülfəs Qarayev Dünya Turizm Günü və ölkəmizdə ilk dəfə qeyd olunan “Turizm işçiləri günü” peşə bayramı münasibətilə bütün sektor nümayəndələrini təbrik edib.

Nazir turizm sektorunun inkişafına göstərdiyi diqqət və qayğıya görə prezident İlham Əliyevə dərin təşəkkürünü bildirib.

Mərasimdə Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcı, Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov və digər çıxış edənlər Dünya Turizm Günü münasibətilə öz təbriklərini çatdırıblar, ölkəmizdə turizm sənayesinin inkişaf etdirilməsi üçün çalışan hər kəsə uğurlar arzu etdilər.

Çıxışlardan sonra Əbülfəs Qarayev ölkəmizdə turizmin inkişafında göstərdikləri xidmətlərə görə bir qrup şəxsə Mədəniyyət və Turizm Nazirliyin «Fəxri turizm işçisi» döş nişanını təqdim edib.