“Tufandağ”da yeni sərgi

tufandagda-yeni-sergi
Oxunma sayı: 642

25 iyun tarixində Qəbələ rayonunda yay mövsümündə xarici və yerli turistlərə mədəni xidmətlərin təşkilinə dair iyun  2016-cı il tədbirlər planına əsasən Qəbələ Dövlət Rəsm Qalereyası tərəfindən "Tufandağ" yay-qış istirahət kompleksində yeni sərgi təşkil olunub.

"Qafqazinfo" xəbər verir ki, sərgidə Qəbələ rayonunun tanınmış rəssamlarının müxtəlif mövzularda işlənmiş rəsm əsərləri nümayiş olunur.

Rəssamların yaradıcılığı eləcə də rayona gələn ali qonaqlar tərəfindən böyük maraqla izlənilir.

Sərginin nümayişi 08 iyul tarixinədək davam edəcək.