Polşanın müdafiə naziri yol qəzasına düşdü

polsanin-mudafie-naziri-yol-qezasina-dusdu
Oxunma sayı: 884

Polşa müdafiə naziri Antoni Maçereviç Torun şəhərində Varşava yolunda qəzaya uğrayıb.

Qafqazinfo”nun “Regnum.ru”ya istinadən verdiyi məlumata görə, 68 yaşlı nazirin kortecindən avtomobil də daxil olmaqla altı və ya yeddi maşın toqquşub.

Müdafiə nazirinin rəsmi nümayəndəsi Bartolomey Mişeviçin sözlərinə görə, A. Maçereviç qəza nəticəsində xəsarət almayıb.

İnsident nəticəsində yaralanan 2 nəfər xəstəxanaya yerləşdirilib, onların həyati təhlükələrinin olmadığı bildirilir.

Qəzanın baş vermə səbəbi bilinmir.