Tələbə və məzunlar üçün - Əmək yarmarkası keçirildi

telebe-ve-mezunlar-ucun
Oxunma sayı: 1675

Bu gün Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində “Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası keçirilib.

"Qafqazinfo"nun məlumatına görə, yarmarkanın təşkil olunması gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədini daşıyır.

Tədbirlə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə yarmarkaların təşkil olunmasının əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Nazim Səmədov eyni zamanda qeyd edib ki, Bakıda regionlarda turizm müəssisələrinin işçiləri üçün mütəmadi olaraq kurslar, treninqlər təşkil olunur. Ölkəmizdə yeni yaradılacaq turizm zonalarında da turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulur.