Tanınmış musiqiçi işdən niyə çıxarılıb? - Filarmoniyadan açıqlama

taninmis-musiqici-isden-niye-cixarilib
Oxunma sayı: 2810

Kamança ifaçısı Xəyyam Məmmədovun işdən azad olunması ilə bağlı yayılan xəbərlərə Azərbaycan Dövlət Filarmoniyası aydınlıq gətirib.

Filarmoniyanın kadrlar şöbəsinin rəisi Sürəyya Əqilova “Qafqazinfo” ya açıqlamasında məsələyə münasibət bildirib.

S. Əqilova qeyd edib ki, kamança ifaçısı Filarmoniyada əvəzedici müəllim kimi fəaliyyət göstərib:

“Xəyyam Məmmədov 3 ildir ki, işindən azad olunub. Özü ərizəsini yazaraq işdən çıxmaq istədiyini bildirib. Sözün düzü, o, əvəzedici kimi Filarmoniyamızda çalışırdı. Əsas işi isə Milli Konservatoriyadadır”.

Qeyd edək ki, ölkə.az saytının yaydığı məlumata görə, Məmmədov sosial şəbəkədə yazdığı tənqidi statuslara görə işdən azad edilib.