Suriyalı operator ABŞ-a buraxılmadı - Filmi Oskara namizəddir

suriyali-operator-abs-a-buraxilmadi
Oxunma sayı: 795

ABŞ immiqrasiya xidməti Suriya müharibəsindən bəhs edən və Oskar mükafatına namizəd göstərilən “Ağ dəbilqələr” filminin suriyalı operatorunu ölkəyə buraxmayıb.

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Daxili Təhlükəsizlik Xidməti daha əvvəl viza verilməsinə baxmayaraq, son anda Xalid Xatibin ölkəyə girişini bloklayıb. ABŞ hökuməti bildirib ki, operator haqqında “etibardan salan mənfi informasiya” əldə edilib.

Qeyd edək ki, Oskar mükafatının təqdimetmə mərasimi fevralın 26-sı Hollivudda baş tutacaq.