Süni intellekt musiqi kompozisiyaları təşkil edəcək

suni-intellekt-musiqi-kompozisiyalari-teskil-edecek
Oxunma sayı: 634

“Sony” şirkətinin “CSL Research” laboratoriyasının tədqiqatçıları 2017-ci ilədək süni intellekt sistemi tərəfindən təşkil edilmiş kompozisiyalardan ibarət albom hazırlamağı planlaşdırırlar.

Qafqazinfo”  ict.az-a istinadla xəbər verir ki, bu yaxınlarda dünya ictimaiyyətinə məşhur “The Beatles” musiqi qrupunun tərzinə uyğun olan “Daddy's Car” və “Mister Shadow” kompozisiyaları təqdim edilib.

“FlowMachines” adlanan sistem mahnı və musiqi kompozisiyalarının ümumi bazasında təlim prosesi keçərək müxtəlif musiqilərin əsas xüsusiyyətlərini öyrənib. Tərzlərin qeyri-adi kombinasiyalarını təşkil edən sistem hər hansı bir ifaçının şəxsi kompozisiyalarını yarada bilir.