“Sonuncu” Livana göndərilir

sonuncu-livana-gonderilir
Oxunma sayı: 1094

“Sonuncu” qısametrajlı bədii filmi “Beş günə beş il” Beynəlxalq Rusiya Filmləri Festivalında nümayiş etdiriləcək.

QafqazinfoMədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, festival 24-28 oktyabrda Livanın paytaxtı Beyrutda keçiriləcək. Filmin nümayişi 26 oktyabr tarixində baş tutacaq.

Qeyd edək ki, Azərbaycan milli kino tarixində Kann Beynəlxalq Film Festivalının qısametrajlı bədii filmlərin rəsmi müsabiqə proqramında ilk dəfə məhz bu filmlə təmsil olunub.

Ekran əsərinin quruluşçu rejissoru Sergey Pikalov, ssenari müəllifləri Sergey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, bəstəkarı Aleksey Aygi, prodüserləri Nəsib Piriyev, Maria İvanova və Müşfiq Hətəmovdur.

Filmdə rolları İdris Rüstəmov və Corc Qafarov canlandırırlar.