“Solğun çiçəklər” Qazaxda - Foto

solgun-cicekler-qazaxda
Oxunma sayı: 1205

2016-cı il üçün Qazax Dövlət Dram teatrının repertuar planına daxil edilmiş C.Cabbarlının “Solğun çiçəklər” əsəri Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ezam edilmiş xalq artisti Zülfüqar Abbasovun quruluşunda tamaşaya hazırlanıb.

"Qafqazinfo" xəbər verir ki, 23 iyun 2016-cı il tarixində tamaşaya ictimai baxış keçirilib.

İctimai baxışda bədii şura sədri, teatrın direktoru Saqif İskəndərov, bədii şura sədrinin müavini, baş rejissor Musa Eyyubov və bədii şura üzvləri, aktyor Hacı Hacıyev, baş rəssam Səyyat Məmmədov, Azərbaycan Yazıçılar Birliyi Qazax zona şöbəsinin sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal, Bakı Dövlət Universiteti Qazax filialının direktoru, dosent Afaq Qasımova ilə yanaşı, dəvət edilmiş qonaqlar, Gəncə Dövlət Dram teatrının ədəbi hissə müdiri Anar Bürcəliyev, Tovuz və Mingəçevir şəhərlərindən ziyalılar da iştirak ediblər.

İctimai baxışdan sonra tamaşanın müzakirəsi zamanı bədii şura üzvləri və qonaqlar tamaşa haqda yüksək fikirlər söylədilər və tamaşanın istismara buraxılması məqsədəuyğun hesab edilib.

Tamaşanın quruluşçu rejissoru Zülfüqar Abbasov, bədii səhnə tərtibatı Afiq və Səyyat Məmmədovlar, musiqi tərtibatı Aybəniz Qurbanova, rejissor köməkçisi Məlahət Vəliyevadır.

Tamaşada rolları gənc aktyorlar Zəmanə Orucova, Yusif Qoca, Nəsimi Aşbazov və teatrın aparıcı aktyorları Xanım Məmmədova, Nazilə Məmmədova və İlqar Hacəliyev ifa edirlər.