“Sakit! Tamaşa gedir…”

sakit-tamasa-gedir
Oxunma sayı: 942

Əlilliyi olan gənclərin asudə vaxtlarının daha səmərəli keçirilməsini təşkil etmək məqsədilə yeni layihənin icrasına başlanılıb.

“Sakit! Tamaşa gedir…” adlı layihənin rəhbəri Ayşəm Balayevanın “Qafqazinfo”ya verdiyi məlumata görə, layihə həmin şəxslərin cəmiyyətə inteqrasiyasını, aktiv həyat tərzi sürmələrini təmin etməyə yardımçı olacaq.

Qeyd edək ki, “Sakit! tamaşa gedir…” layihəsi çərçivəsində eşitmə və nitq problemləri olan gənclərə teatr əsaslı psixoloji təlimlər keçiriləcək. Təlimlərdə iştirak edən yeniyetmə və gənclərin pantomima formatında teatr tamaşalarına səfərləri nəzərdə tutulub.

Layihədə iştirak etmək istəyən gənclər aşağıdakı linkdən qeydiyyatdan keçə bilərlər:

https://docs.google.com/forms/d/e/1FAIpQLSdYvMWcqAcXrQE4tUpbF101-Qlz-L0o223GjOwKo2PpoYcXIQ/viewform