“Şah Qacar” 50-ci dəfə... - Fotolar

sah-qacar-50-ci-defe
Oxunma sayı: 1190

Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan “Şah Qacar” tamaşası 50-ci dəfə nümayiş olunub.

"Qafqazinfo" xəbər4 verir ki, əməkdar incəsənət xadimi Əli Əmirlinin ““Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar” pyesi əsasında xalq artisti, Akademik Milli Dram Teatrının bədii rəhbəri və direktoru Azər Paşa Nemətin hazırladığı iki hissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır.

Səhnə əsərinin bəstəkarı xalq artisti Siyavuş Kərimi, rejissor assistenti Vidadi Həsənovdur.

Tamaşada xalq artistləri Fuad Poladov (Şah Qacar), Laləzar Mustafayeva (Ceyran xanım), əməkdar artistlər Sabir Məmmədov (Sadıq xan), Məmməd Səfa (Kərim xan Zənd) və başqaları iştirak edir.