Şagirdlər İcra hakimiyyətində iclas keçirdilər

sagirdler-icra-hakimiyyetinde-iclas-kecirdiler
Oxunma sayı: 1682

Səbail rayon məktəblərində rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktiki konfranslar keçirilir.

Konfransların yekunu olaraq Səbail Rayon İcra Hakimiyyətində şagirdlərin özlərinin təşkil və idarə etdiyi, RİH başçısı və orta məktəblərin direktorlarının qonaq kimi iştirak etdikləri Azərbaycan tarixinə aid elmi praktiki konfrans keçirilib.

Səbail rayonu 6 saylı orta məktəbin şagirdləri Nəzrin Məhərrəmli və Əziz Mustafayevin sədrliyi ilə keçirilən konfransda təqdim olunan monoqrafiyalar arasında xüsusi olaraq seçilmiş işlərin müəllifləri çıxış ediblər.

Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov Heydər Əliyevin səyləri nəticəsində Azərbaycan öz müstəqilliyini və dövlətçiliyini qoruyub saxladığını deyib.

20-yə yaxın şagirdin çıxış etdiyi konfransın sonunda Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov keçirilən konfraslar, şagirdlərin hazırladıqları yazılar barədə məlumat verib. Bildirib ki, Azərbaycan tarixinin müxəlif dövrlərinə həsr olunmuş 40-dan çox şagirdin işlədiyi monoqrafiyalar komissiya tərəfindən seçilib və kitab şəklində çap olunucaq.