Sabah İçərişəhərdə kitab satış-sərgisi keçiriləcək

sabah-iceriseherde-kitab-satis-sergisi-kecirilecek
Oxunma sayı: 721

1 iyun - Uşaqların Beynəlxalq Mudafiəsi Günü münasibətilə “TEAS Press” Nəşriyyat Evi Bakı və Sumqayıt şəhərlərində kitab satış–sərgisi keçirəcək.

Qafqazinfo” xəbər verir ki, Bakıda satış–sərgi İçərişəhərdə (Qız Qalasının yanında) və Sumqayıt bulvarı ərazisində səhər saat 10:00 18:00 kimi baş tutacaq.

Sərgidə “TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq ədəbiyyatı bölməsinin nəşrləri, həmçinin ingilis dilinin tədrisi və öyrənilməsi məqsədilə müxtəlif dil bacarığı səviyyələri üçün Böyük Britaniyanın “Oxford University Press” tərəfindən nəşr olunmuş dərsliklər, lüğətlər və sair kitablar satılacaq.

“TEAS Press” Nəşriyyat Evinin “Üç alma” uşaq nəşrləri bölməsinin rəhbəri Kolin Makdonel sərgi ilə bağlı danışıb:

“Uşaqlar bizim gələcəyimizdir və Azərbaycanın gələcəyi uşaqların biliyi, dünya görüşü və tərbiyyəsindən asılıdır. Ona görə də biz uşaqlarımızı maarifləndirməyi özümüzə borc bilirik. Bu məsələdə bizim nəşrlərimizin valideynlərə böyük kömək edəcəyinə ümid edirəm.”