“Retro Bakı” davam edir

retro-baki-davam-edir
Oxunma sayı: 684

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin "Retro Bakı" layihəsi davam edir.

"Qafqazinfo" xəbər verir ki, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər 27-28 avqust, saat 18:00-da Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Nurlan Əzizbəyli və Vüsal Hacıyev olacaqlar. Həmçinin konsertdə gənc müğənnilər Rüfət Xəlil, Günel İlqarlı, Sənubər Şərifova, Orxan Mirzəyev, Qadir Fətəliyev, Novruz Bəxtiyarlı, Mircabbar Mirbabayev və Rasim Mustafazadə iştirak edəcəklər.

Bakı sakinlərini və qonaqlarını rəngarəng konsert proqramına dəvət edirik.