Rəşid Behbudovun adına poçt markası

resid-behbudovun-adina-poct-markasi
Oxunma sayı: 627

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərmarka” MMC daha bir poçt markası nəşr etdirib.

“Qafqazinfo”nun ıctnews.az-a istinadən məlumatına görə, yeni poçt markası dünya şöhrətli Azərbaycan müğənnisi Rəşid Behbudovun 100 illik yubileyinə həsr olunub.

Markanın üzərində R.Behbudovun şəkli təsvir edilib.

Poçt markasının nominal dəyəri 0,5 manata bərabərdir.