Rəşad Ələkbərovun kölgələri... - Fotolar

resad-elekberovun-kolgeleri
Oxunma sayı: 1656

YAY Qalereyasında abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınmış rəssam Rəşad Ələkbərovun “Yox yerdən təzahür etmiş” (“Something From Nothing”) adlı fərdi sərgisi açılıb.

“Qafqazinfo”nun Azərtac-a istinadən məlumatına görə, rəssamın təqdim olunan sərgisi dünyada baş verənlərə cavab olaraq siyasətdən uzaq duran, hətta tam əksinə - bizi minilliklərin bu gün yenidən aktual olan aydın hikmətlərinə yönəldən bir reaksiyasıdır.

Rəşad Ələkbərovun qalereya divarlarındakı şəkillərində “homo sapiens”in əldə etdiyi bütün nailiyyət və kəşflər – od yandırmaq üsullarından tutmuş, təkərin icad olunmasına kimi – bizi tədricən televiziya, radio və internetin yaranmasına gətirən xırda addımlara dönür.

Sərgi martın 31-dək davam edəcək.