Rəşad Ələkbərovun fərdi sərgisi açılacaq

resad-elekberovun-ferdi-sergisi-acilacaq
Oxunma sayı: 2322

Abstrakt heykəltəraşlıq instalyasiyaları ilə tanınmış rəssam Rəşad Ələkbərovun fərdi sərgisi keçiriləcək.

“Qafqazinfo” xəbər verir ki, rəssamın “Something From Nothing” adlı sərgisi YAY qalereyasında təşkil olunacaq. Sərginin açılışı 12 fevralda baş tutacaq. Rəşad Ələkbərovun əsərlərinə baxmaq istəyənlər 31 marta qədər qalereyaya baş çəkə bilərlər. Sərgiyə giriş sərbəstdir.

Qeyd edək ki, Rəşad Ələkbərovun “Sözlər” adlı ilk fərdi sərgisi 2014-cü ilin fevralında keçirilib. O, Azərbaycanda işıq və kölgələrdən ibarət installyasiya yaradan ilk rəssam hesab olunur. Rəssamın sənət işləri daha öncə Almaniya, Fransa, İtaliya, İsveçrə, Polşa, Avstriya, Türkiyə və BƏƏ-də nümayiş etdirilib.