Rasim Balayevlə Neft Məktəbində görüş

rasim-balayevle-neft-mektebinde-gorus
Oxunma sayı: 976

Bakı Ali Neft Məktəbində (BANM) Xalq artisti  Rasim Balayevin yaradıcılıq göruşü keçirilib. Öncə görkəmli aktyorun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.

Qafqazinfo” xəbər verir ki, tədbiri giriş sözü ilə açan BANM-in rektoru Elmar Qasımov Rasim Balayevi Ali Məktəbdə salamlayaraq, ona təklifi dəyərləndirərək gəldiyi üçün öz təşəkkürünü bildirib. O, R. Balayevi Azərbaycan teatr sənətinin və kinematoqrafiyasının əfsanəsi adlandıraraq, tanınmiş aktyorun həyat və yaradıcılığından danışıb.

R. Balayev Ali Məktəbin rəhbərliyinə bu görüşü təşkil etdiyinə görə öz minnətdarlığını bildirib. Öz gənclik və tələbəlik illərindən, sənət yollarındakı çətinliklərdən, Azərbaycanda kino və teatr sənətinin inkişafından, çəkliş zamanı rast gəldiyi maraqlı hadisələrdən danışıb.

Daha sonra tələbələrin xahişi ilə tanınmış aktyorun ifasında Mikayıl Müşfiqin “Yenə o bağ olaydı” şeiri səslənib.

Görüşün sonunda E. Qasımov qonağa Ali Məktəbin “Fəxri qonaq” diplomunu təqdım edib.