Ramiz Mehdiyevin yeni kitabı təqdim olundu - Foto

ramiz-mehdiyevin-yeni-kitabi-teqdim-olundu
Oxunma sayı: 1585

Dövlət İdarəçilik Akademiyasında (DİA) Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Yeni dünya nizamı və milli ideya” adlı kitabının təqdimatı olub.

QafqazinfoAzərtac-a istinadən xəbər verir ki, tədbirdə DİA-nın rektoru, akademik Urxan Ələkbərov kitaba müəllifin 2002-ci və 2003-cü illərdə mətbuatda dərc olunmuş iki əsərinin daxil edildiyini bildirib.

Tədbirdə digər çıxış edənlər vurğulayıblar ki, aktual mövzularda elmi əsərləri ilə vaxtaşırı geniş oxucu auditoriyasının diqqətini cəlb edən akademik Ramiz Mehdiyevin bu kitabı müxtəlif fəlsəfi baxışlar, fikir və mülahizələrlə zəngindir.