Ramazzonun şübhələndiyi iki azərbaycanlı kimdir? – Fotosessiya

ramazzonun-subhelendiyi-iki-azerbaycanli-kimdir-fotosessiya
Oxunma sayı: 693

Bir müddət öncə nəzarətə götürülüb, 5 gün sonra buraxılan gürcü əsilli modelyer Ramazzo Roma təşkil etdiyi mətbuat konfransında ilk dəfə danışıb. R. Romanın mətbuat katibi Gamze Karaman Bostanın “Qafqazinfo”ya göndərdiyi məlumata görə, modelyer mətbuat konfransına, manikenləri satması ilə bağlı iddilara “Mənim işim moda!” deyərək cansız menikenlərlə gəlib. Uğurlarını həzm etməyən insanların bunları etdirdiyini deyən R. Roma “mənim tez bir zamanda əldə etdiyim uğurları həzm etməyən bəzi insanlar bunu etdi. Üç nəfərdən şübhələnirəm. Onlardan ikisi Azəri, biri Türkdür. Mənə iftira atanlarla savaşacam. Kimsədən qorxmuram” deyib.

Tarkanla çəkilmiş fotoların mətbuatda yayılmasından da danışan R. Roma şəkillərin azərbaycanlı maqazin müxbirinin çəkdiyini söyləyib. O, Tarkanla səmimiyyətinin olmadığını, heç bir işbirliyi qurmadığını, çox bəyəndiyi sənətçi olduğunu söyləyib: “Tarkan təbii ki, böyük ulduzdur. Bu xəbərlərdən narahat olub. Mən də olsam, narahat olardım”.