“Qırmızı bağ”ın nümayişi keçirildi

qirmizi-bagin-numayisi-kecirildi
Oxunma sayı: 733

25 oktyabr tarixində YARAT Müasir İncəsənət Mərkəzində Mirbala Səlimlinin “Qırmızı bağ” tammetrajlı bədii filminin nümayişi keçirilib.

"Qafqazinfo" xəbər verir ki, YARAT Film Klubunun təşkil etdiyi nümayişdə iştirak edən Mirbala Səlimli, baş rolların ifaçıları Maqsud Məmmədov və Gülzar Qurbanova tamaşaçıların filmlə bağlı suallarını cavablandırıblar.

Azərbaycan və Rusiyanın birgə istehsalı olan “Qırmızı bağ” filmi Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında və Rusiyanın “WeiT Media” kino şirkətində lentə alınıb. 

Ekran əsərinin ssenari müəllifi Mirbala Səlimlidir.

Filmdə baş rolları Maqsud Məmmədov, Gülzar Qurbanova, Taleh Bədiyev və digərləri canlandırırlar.