Qədir Qızılsəsin səsi batıb?

qedir-qizilsesin-sesi-batib-
Oxunma sayı: 2347

Tanınmış müğənni Qədir Qızılsəs lent.az-ın canlı yayımında sualları cavablandırıb.

Qafqazinfo” xəbər verir ki, sənətçi səsinin batması barədə yayılan şayiələrə aydınlıq gətirib:

“Beş il efirə çıxmadım, möhkəm xəstələnmişdim. Çox pis idim. Həmin illər haqqımda çox şayiə yaydılar. Sevmiyənlər, paxıl insanlar dedilər ki, Qədir oxuya bilmir, Azərbaycanda yoxdur, səsi batıb.

İnsanlar çaş-baş qalmışdı. Efirə çıxmırdım, açıqlama vermirdim və özümə qapanmışdım. Şayiə hər yana yayıldı. Amma yenidən efirə qayıtdım. Bütün bunlara son qoydum”.