Qarayev və Al-Nasser arasında görüş - Foto

qarayev-ve-al-nasser-arasinda-gorus
Oxunma sayı: 637

Mədəniyyət və Turizm naziri Əbülfəs QarayevBMT Sivilizasiyalar Alyansının Ali Nümayəndəsi Nassir Abdulaziz Al-Nasser arasında görüş keçirilib.

"Qafqazinfo" xəbər verir ki, görüşdə BMT Sivilizasiyalar Alyansı ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə edilib.

Ali Nümayəndə 2016-cı ilin 25-27 aprel tarixində Azərbaycanın BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə ev sahibliyi etdiyinə, habelə prezident İlham Əliyevın bu tədbirin təşkilinə və Alyansa Azərbaycan Hökümətinin dəstəyinə görə təşəkkürünü bildirib.

Nazir Əbülfəs Qarayev BMT Ali Nümayəndəsinə ölkə rəhbərliyinin salamlarını çatdıraraq, cari il ərzində multikulturalizm ili çərçivəsində Sivilizasiyalar Alyansının qlobal məqsədlərinə uyğun olaraq silsilə tədbirlərinin keçirilməsini nəzərdə tutulduğunu qeyd edib.

Görüşdə həmçinin, 2017-ci ilin birinci rübündə Azərbaycan, BMT SA, Dünya Ərzaq Təşkilatı və Dünya Turizm Təşkilatı ilə İnkişaf üçün Davamlı Turizm Beynəlxalq ili çərçivəsində silsilə tədbirlərinin həyata keçirilməsi, həmçinin 4-cü Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkili məqsədi ilə digər tərəfdaşlarla birgə hazırlıq işlərinin aparılması qərara alınıb.