Qarayev həmkarıyla görüşdü - Fotolar

qarayev-hemkariyla-gorusdu
Oxunma sayı: 922

Sentyabrın 27-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Türkiyənin mədəniyyət və turizm naziri Nabi Avcının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

"Qafqazinfo" xəbər verir ki,Əbülfəs Qarayev Azərbaycanda ilk dəfə qeyd olunan turizm işçilərinin peşə bayramı günündə Türkiyə mədəniyyət və turizm nazirinin ölkəmizə səfərindən böyük məmnunluq duyduğunu bildirib.

Qeyd olunub ki, iki ölkənin müştərək layihələrdə iştirakı, mədəniyyət sahəsinə, xüsusilə musiqi və teatrın inkişafına böyük töhfə verir. Eyni zamanda türkiyəli turizm mütəxəssisləri ölkəmizdə bu sahənin inkişafına da öz töhfələrini verirlər.

Qarşılıqlı təcrübə mübadiləsi mədəniyyət və turizm sahələrinin daha da zənginləşməsinə köməkedir.

Görüşdə gələcək əməkdaşlığın daha da genişləndirilməsinə ümid ifadə olunub.