“Qara bağ” filminin nümayişi oldu - Fotolar

qara-bag-filminin-numayisi-oldu
Oxunma sayı: 837

Yarat Müasir İncəsənət Mərkəzində Amil Məmiyevin “Qara bağ” filminin nümayişi baş tutub.

"Qafqazinfo" xəbər verir ki, Yarat Film Klubunun çərçivəsində təşkil olunan tədbirə qatılan rejissor Amil Məmiyev tamaşaçıların filmlə bağlı suallarını cavablandırıb.

Qeyd edək ki, “Qara bağ” bədii filmi Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında dörd gənc rejissor tərəfindən lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir.

“Qara bağ” filminin ssenari müəllifi Amil Məmiyev, quruluşçu operatoru Rauf Qurbanəliyev, quruluşçu rəssamı Əziz Məmmədov, icraçı prodüseri Arif Səfərov, prodüseri Müşfiq Hətəmovdur. Filmdə baş rolları Elxan Abbasov, Vidadi Əliyev, Rasim Cəfərov və digərləri canlandırırlar.

Növbəti həftələrdə Yarat Müasir İncəsənət Mərkəzində “40-cı paraleldə” kinoalmanaxına daxil olan digər filmlərin də nümayişi nəzərdə tutulub.